Putin niyə general olmadı?
Rusiya prezidenti Vladimir Putin xalqa xidmət etmək üçün polkovnik olaraq qalıb və general rütbəsindən imtina edib.
Bunu TASS-a “National Defense” jurnalının redaktoru, hərbi analitik İqor Korotçenko deyib.
Onun sözlərinə görə, Putin Rusiyaya general apoletsiz xidmət etməyi seçib və bu, onun şüurlu seçimi olub. Korotçenko qeyd edib ki, Putin bütün diqqətini “parad” məsələlərinə deyil, əməliyyat işlərinə yönəltməyə çalışıb. Hərbi analitik Putinin qərarını “əsl insan və peşəkarın qərarı” adlandırıb.
Xatırladaq ki, Rusiya liderinin özü də 2011-ci ildə birbaşa xətt zamanı general rütbəsindən imtina barədə danışmışdı. O xatırladıb ki, Rusiyanın ilk prezidenti Boris Nikolayeviç Yeltsin ona FSB-nin direktoru vəzifəsini təklif edib.
“Mən onun yanına gələndə o, mənə general rütbəsi vermək qərarını elan etdi. Bbildiyiniz kimi, mən polkovnikəm. Dedim ki, bir vaxtlar hərbi təşkilatı tərk etmişəm və oraya qayıtmağı yersiz hesab edirəm”, - deyə Putin xatırlatmışdı.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır