Putin Ukraynadan sonra üzünü Cənubi Qafqaza çevirir? - GƏLİŞMƏ
ABŞ-Rusiya danışıqlarının başlamasından sonra Ukrayna müharibəsinin tezliklə başa çatacağı haqda fikirlər səsləndirilir. İddia edilir ki, Ukrayna müharibəsi Rusiyanın qələbəsi ilə bitsə, Vladimir Putin üzünü Cənubi Qafqaza çevirəcək və ölkəsinin burada itmiş nüfuzunu bərpa etməyə çalışacaq.
Globalinfo.az-a danışan politoloq Murad Sadəddinov deyib ki, müharibənin Rusiyanın üstünlüyü ilə bitməsi mübahisəli məsələdir:
“Müharibə hələ başa çatmayıb. Rusiyanın iqtisadi vəziyyəti ağırdır. Döyüşləri davam etdirməyə gücü çatmır.
Digər tərəfdən, Rusiya-Ukrayna müharibəsi bitsə, bu o demək deyil ki, Moskva Cənubi Qafqazda güc dilinə keçəcək. Fikrimcə, belə ağır müharibədən sonra Rusiya uzun müddət müharibə, gərginlik haqda düşünməyəcək”.
M.Sadəddinov qeyd edib ki, Ukrayna müharibəsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir:
“Lakin bu o demək deyil ki, hamısı gerçəkdir. Bu baxımdan müharibənin dayandırılması kimi fikirləri də real deyil. Ukrayna öz mövqeyini bildirib, heç vaxt ərazisindən imtina etməyəcəyini bəyan edib.
Ukraynanın mövqeyini bir çox ölkələr dəstəkləyir. Əks arqumentlərin əsası yoxdur. Trampın birinci hakimiyyəti dövründə Şimali Koreya ilə danışıqlar gedirdi. Bunun axırı necə oldu? Meksika ilə divar tikilirdi. Axırı necə oldu? Məsələ ondadır ki, bütün bu işlər Tramp dövründə başlamışdı. Tramp belə layihələri başladır, sonra yarımçıq qalır”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır