Müharibə 1 il ərzində bitməlidir, əks halda... - Trampdan XƏBƏRDARLIQ
Ukraynadakı münaqişə bir il ərzində həll oluna bilər, əks halda üçüncü dünya müharibəsi başlayacaq.
Bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
O, əlavə edib ki, Rusiya və ABŞ arasında Ər-Riyadda aparılan danışıqlar irəliyə doğru böyük addımdır.
Donald Trampın fikrincə, keçmiş prezident Co Baydenin kursu davam etsəydi, III Dünya Müharibəsi bu il başlayacaqdı. Lakin bu, heç kimin maraqlarına uyğun deyil.
“Biz bunu bitirəcəyik. Üçüncü dünya müharibəsindən heç kim fayda görməyəcək və biz bundan o qədər də uzaq deyilik, sizə deyirəm. Əgər bizdə o administrasiya daha bir il olsaydı, III Dünya Müharibəsi olardı. İndi bu baş verməyəcək”, - Tramp Mayamidə investisiya sammitində çıxışı zamanı deyib.
Qeyd edək ki, fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtında Rusiya Federasiyası və ABŞ nümayəndə heyətləri arasında danışıqlar aparılıb.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Azərbaycan nefti ucuzlaşıb