Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi
Milli Məclisdə jurnalistika təhsilinin praktiki imkanlarının genişləndirilməsi ilə bağlı təklif səsləndirilib.
Bunu parlamentin bugünkü plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova deyib.
O bildirib ki, jurnalistika sahəsində klassik təhsil yanaşmaları ilə yanaşı, yeni çağırışlara uyğun praktik imkanların da yaradılması vacibdir.
“Bizə hər il universitetlərin müxtəlif fakültələrindən, eləcə də digər ali təhsil müəssisələrindən tələbələr təcrübə keçməyə gəlirlər. Çox yaxşı olar ki, jurnalistika fakültəsinin tələbələri də gəlsinlər. Bizim burada peşəkar jurnalistlərimiz var, onlar da tələbələrin staj keçməsinə dəstək ola bilərlər”, – deyə Sahibə Qafarova bildirib.
Parlament sədri əlavə edib ki, bu istiqamətlərdədə Elm və təhsil komitəsi müzakirələrin aparılması da mümkündür.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Azərbaycan nefti ucuzlaşıb