“Dezinformasiyanın qurbanı olub” - Zelenskidən Trampa cavab
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampın onun əhali arasında reytinqinin 4 faiz təşkil etməsi barədə dediklərinə münasibət bildirib.
TASS xəbər verir ki, Zelenski bu barədə Kiyevdə mətbuat konfransında danışıb.
“Mən prinsipcə heç vaxt reytinqləri şərh etmirəm, çünki hesab edirəm ki, özünün və yaxud digər liderlərin reytinqini şərh etmək o deməkdir ki, hansısa siyasi yarış, seçki gedir. Bizdə isə bu yoxdur. Bu gün səhər Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun hesabatı yayımlandı. Bu hesabata əsasən, əhali arasında mənə etibar səviyyəsi 57 faiz təşkil edir. Digər müxtəlif sosioloji hesabatlarda 57 faizdən yüksək nəticə də görmüşəm”, - deyə Zelenski qeyd edib.
Onun sözlərinə görə, Tramp onun barəsində dörd faizlik nəticəni səsləndirən zaman dezinformasiyanın qurbanı olub.
Qeyd edək ki, D.Tramp öz açıqlamasında Ukraynada əhalinin Zelenskiyə etibar səviyyəsinin 4 faizə qədər endiyini və Ukraynanın münaqişənin nizamlanmasına dair danışıqlar masasında yer almasını istəyirsə seçki keçirməli olduğunu bildirmişdi.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Azərbaycan nefti ucuzlaşıb