WSJ: İsrail 2025-ci ildə İranın nüvə obyektlərinə zərbələr endirə bilər
ABŞ kəşfiyyat agentlikləri İsrailin bu il Tehranın zəifləməsindən istifadə edərək İranın nüvə obyektlərinə genişmiqyaslı zərbələr endirmək imkanını nəzərdən keçirdiyi qənaətinə gəlib.
Bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Bu nəticə keçmiş ABŞ Prezidenti Cozef Bayden administrasiyasının son günlərində hazırlanmış analitik hesabata daxil edilib. Sənəddə 2024-cü il ərzində İranın imkanlarının zəifləməsindən sonra regionda hərbi fəallığın davam etməsi riskləri vurğulanıb.
Kəşfiyyat məlumatları ilə tanış olan iki mənbənin məlumatına görə, İsrail belə zərbələr üçün Donald Tramp administrasiyasının dəstəyini almağı planlaşdırır və onu keçmiş prezident Cozef Baydenlə müqayisədə hücumu dəstəkləməyə daha meyilli hesab edir.
Bundan başqa, İsrail tərəfi Tehranın nüvə silahı yaratmasının qarşısını almaq üçün vaxtın tükəndiyindən narahatdır. Amerikalı rəsmilərdən birinin sözlərinə görə, bu nəticələri təkrarlayan ikinci hesabat artıq Tramp administrasiyasının ilk günlərində təqdim edilib. Hərbi ekspertlərin fikrincə, İranın yaxşı möhkəmləndirilmiş nüvə obyektlərinə hücum etmək üçün İsrailə döyüş sursatı və texniki yardım da daxil olmaqla Amerika dəstəyi lazım olacaq.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır