Donald Tramp Kim Çen Inla əlaqə saxlayacağına söz verib
ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla əlaqə saxlamağa söz verib, lakin mümkün təmasların təfərrüatlarını açıqlamayıb.
Bunu D.Tramp andiçmə mərasimindən sonra “Fox News” telekanalına verdiyi ilk müsahibəsində deyib.
“Kim Çen In ağıllı adamdır”, - Amerika lideri deyib.
“Onunla əlaqə saxlayacaqsınızmı?” sualına Tramp belə cavab verib: “Əlaqə saxlayacağam”.
Xatırladaq ki, 2018-ci ilin iyununda Sinqapurda tarixdə ilk dəfə ABŞ-KXDR sammiti keçirilib və nəticədə birgə sənəd qəbul edilib. Pxenyan bundan sonra Vaşinqtonun təhlükəsizlik zəmanəti müqabilində nüvəsizləşdirmə öhdəliyini götürüb. İkinci sammit 2019-cu ilin fevralında Hanoyda keçirilib. Tramp və Şimali Koreya lideri Kim Çen In bir neçə görüşdən sonra razılığa gələ bilməyib və ortaq sənəd imzalamayıblar. 2019-cu il iyunun 30-da Tramp və Kim Çen In arasında üçüncü görüş KXDR və Koreya Respublikası sərhəddində hərbsizləşdirilmiş zonada baş tutub. 5 oktyabr 2019-cu ildə ABŞ və Şimali Koreya rəsmiləri İsveçdə işgüzar səviyyədə görüşüblər, lakin danışıqlar nəticəsiz başa çatıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır