“Ukrayna ordusunun Kurska irəliləmək cəhdinin qarşısı alınıb” - Rusiya MN
“Ukrayna Silahlı Qüvvələrinin Kursk istiqamətində irəliləmək cəhdinin qarşısı alınıb”.
Bu haqda Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ukrayna ordusunun əsas qüvvələri Berdin yaşayış məntəqəsi yaxınlığında məhv edilib.
“Rus qoşunlarının Kursk istiqamətində irəliləyişini dayandırmaq üçün düşmən Bolşoy Soldatskoye kəndi istiqamətində hücum qrupları ilə əks hücuma keçib. Aviasiya və artilleriya qüvvələrinin dəstəyi ilə Şimal qoşun qrupunun bölmələri Ukrayna Silahlı Qüvvələrini irəliləmək cəhdini dayandırıb”, - məlumatda qeyd olunub.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna ordusunun itkiləri 150-dən çox hərbi qulluqçu, 16 zirehli döyüş maşını, 4 tank, 2 piyada döyüş maşını, bir mühəndis sədd maşını olub.
Qeyd edək ki, Ukrayna hərbçiləri ötən gün Kursk vilayətində genişmiqyaslı hücuma keçib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır