Kobaxidze: Məqsədimiz regionda sülh və sabitliyi təşviq etməkdir
Gürcüstan üçün regional əməkdaşlıq çox önəmlidir və ölkə, Azərbaycan, Ermənistan, eləcə də Türkiyə ilə münasibətləri inkişaf etdirir.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Səfirlər Konfransı 2024"ün bağlanış mərasimində deyib.
Onun sözlərinə görə, Gürcüstanın məqsədi regionda sülh və sabitliyi təşviq etməkdir, bunun üçün son illərdə bir çox mühüm addımlar atılıb və gələcəkdə də bu istiqamətdə işlər davam edəcək.
Baş nazir bildirib ki, hər bir sahə üzrə Gürcüstanın beynəlxalq mövqelərinin gücləndirilməsi vacibdir.
“Regional inteqrasiyanın mühüm mexanizmi olan "Orta Dəhliz" çərçivəsində qonşu ölkələrlə strateji layihələrin həyata keçirilməsi Cənubi Qafqazda sülhün təmin olunmasına kömək edəcək. Xoşbəxtlikdən, artıq qonşu ölkələrlə çox vacib strateji layihələrimiz var ki, bu da sülhün təşviqinə çox mühüm töhfə verir. Bu sahədə gələcəkdə də fəal iş aparılacaq”, - o əlavə edib.
Kobaxidze Asiya regionu ilə əməkdaşlığın artmasının “Orta Dəhliz” layihəsinə müsbət təsir edəcəyini vurğulayıb və Çinlə strateji tərəfdaşlıq müqaviləsi imzalandığını, bununla da iqtisadi əməkdaşlığın gücləndirildiyini qeyd edib.
O, həmçinin Hindistan, Yaponiya, Koreya və Yaxın Şərq ölkələri ilə münasibətlərin möhkəmləndiyini bildirib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır