İvanişvilinin sərvəti AÇIQLAND
Hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili Bloomberg-in milyarderlər siyahısında 391-ci yerdə qərarlaşıb.
İqtisadi nəşrin məlumatına görə, ilin əvvəlindən noyabrın 9-dək milyarderin sərvəti 1,13 milyard dollar artıb. İvanişvilinin sərvəti 7,73 milyard dollar təşkil edir.
Bloombergin siyahısında dünyanın 500 milyarderinin adı qeyd olunub.
Bloomberg hesab edir ki, İvanişvilinin sərvətinin böyük hissəsi səhmlər, sabit gəlirli aktivlər və pul vəsaitləri, alternativ investisiyalar və əmtəələrdədir. Bundan başqa, Gürcüstanın hakim partiyasının fəxri sədrinin 1 milyard dollar dəyərində art-obyekt kolleksiyası var.
Bidzina İvanişvili var-dövlətini 1990-cı illərdə Rusiyada qazanıb, sonra Gürcüstana köçüb və orada uzun müddət xeyriyyəçilik fəaliyyəti ilə məşğul olub. 2011-ci ildə o, siyasətə girmək niyyətini açıqlayıb. 2012-ci ilin oktyabrında keçirilən seçkilərdən sonra dörd başqa partiya ilə koalisiyada hakimiyyətə gələn “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasını qurub. Nəticədə Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin doqquz illik hakimiyyətinə son qoyulub.
İvanişvili koalisiyanın parlament seçkilərində qalib gəlməsindən bir il sonra siyasəti tərk edib. Lakin 2018-ci ilin mayında o, geri qayıdıb və hakim partiya olan “Gürcü arzusu – Demokratik Gürcüstan”ın sədri postunu tutub. 2021-ci ildə o, yenidən siyasətdən gedib və deyib ki, bu həmişəlik olacaq. Eyni zamanda aktivlərinin böyük hissəsini xeyriyyə fonduna köçürdüyünü açıqlayıb.
“Gürcü srzusu”nun yaradıcısı siyasətə qayıtmasının səbəbini “həddən artıq güclənmiş komandanı insan vəsvəsələrindən qorumaq üçün” ilə əsaslandırıb. İvanişvili deyib ki, müxalifətin olmadığı bir şəraitdə komanda daxilində qarşıdurma yaratmaq həvəsi yaranır və korrupsiya riskləri artır. Bu baxımdan o, partiyada əsas məsləhətçi olmaq və ağırlıq mərkəzi missiyasını yerinə yetirmək niyyətindədir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır