Kiyevə raket hücumları nəticəsində 5 nəfər ölüb - YENİLƏNİB -1
Kiyevə raket hücumları nəticəsində 5 nəfər ölüb.
Daha əvvəl Kiyevin meri Vitali Kliçko partlayışın Şevçenkovski rayonunda baş verdiyini bildirib.
“Hazırda üç yaralının adı məlumdur. Onlardan biri xəstəxanaya yerləşdirilib, digərlərinə isə yerindəcə tibbi yardım göstərilib”, - mer bildirib.
***
Rusiya Silahlı Qüvvələrinin Kiyevə endirdiyi raket zərbələri nəticəsində 3 nəfər yaralanıb.
Bu barədə UNİAN məlumat yayıb.
Bildirilib ki, “Tu-95” bombardmançılarından qanadlı raketlər buraxılıb, ballistikadan istifadə olunub, həmçinin “Kinjal” və “Kalibr” raketlərinin buraxılışı olub. Mülki infrastruktura zərbələr endirilir.
***
Kiyevin Şevçenkovski rayonunda baş verən partlayışdan sonra insanların metronun “Lukyanovskaya” stansiyasından təxliyəsinə başlanılıb.
Bu barədə Ukrayna KİV-i məlumat yayıb.
Düşən raketin partlaya biləcəyi bildirilir.
Kiyev şəhər hərbi administrasiyası raket hücumu nəticəsində dağıntıların Solomenski, Dnepr və Qoloseyevski rayonlarına düşdüyünü qeyd edib. İlkin məlumata görə, yanğın var.
Dağıntı və tələfatla bağlı məlumat dəqiqləşdirilir.(UNİAN)

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var