Pezeşkian İran prezidenti kimi nə vaxt and içəcək? - AÇIQLAMA
İranda keçirilmiş növbədənkənar prezident seçkilərinin qalibi Məsud Pezeşkianın andiçmə mərasimi, eləcə də yeni hökumətin təyinatı yaxın vaxtlarda baş tutacaq.
Bunu ölkənin daxili işlər naziri Əhməd Vəhidi deyib.
İran siyasətçilərinin islahaçılar qanadının namizədi, milliyətcə Azərbaycan türkü Məsud Pezeşkian prezident seçkilərinin ikinci turunda 16 milyondan çox səs toplayaraq ölkənin 9-cu prezidenti olub. Onun rəqibi, mühafizəkarlar qanadının nümayəndəsi Səid Cəlili 13,5 milyon səs toplayıb.
İran Seçki Qərargahının məlumatına görə, ümumilikdə 30 milyon 573 min 931 səs hesablanıb və bu seçicilərin 49,8 faizi deməkdir.M.Pezeşkianın inauqurasiyasının tarixi və yeni hökumətin qurulma vaxtının tarix bu həftə elan olunacaq.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var