Fərariliyə görə 22 hərbçi üçün ölüm cəzası tələb olunub
Konqo Demokratik Respublikasının Prokurorluğu ölkənin şərqindəki Lubero şəhərində keçirilən tribunalın iclasında cəbhə xəttindən qaçdığına görə 22 hərbçinin ölüm cəzasına məhkum olunmasını tələb edib.
Bu barədə "Agence France-Presse" məlumat yayıb.
"Kapitan rütbəli üç müttəhim, düşməndən qaçaraq mövqelərini tərk ediblər, əmri pozdular, qorxaqlıq göstərdilər və hərbi avadanlıqlarını itiriblər. Hərbçilər xalqı müdafiə etmək əvəzinə mövqelərini tərk edərək qaçdılar və ən yüksək cəzaya - ölüm cəzasına layiqdirlər", - prokurorluğun sözçüsü kapitan Kahambu Muhas Melissa,
Məlumata görə, tribunala verilən hərbçilər iyunun sonunda "23 Mart Hərəkatı" (M23) üsyançı qruplaşmasından olan dəstələr tərəfindən şiddətli döyüşlərdən sonra ələ keçirilən Kanyabayonqa (Şimali Kivu əyaləti) şəhəri uğrunda döyüşlərdə iştirak ediblər.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var