SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Türkiyədə partlayış: Beşi polis olmaqla yeddi nəfər yaralanıb

Türkiyədə partlayış: Beşi polis olmaqla yeddi nəfər yaralanıb

Tarix:

19-05-2024, 16:00

/ 299 dəfə oxundu.
Türkiyədə partlayış: Beşi polis olmaqla yeddi nəfər yaralanıb

Türkiyənin Tokat vilayətində mayın 19-u bazar günü gecə yaşayış binasında baş verən partlayış nəticəsində 7 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.

Məlumata görə, qonşuların yüksək səsə dair şikayəti əsasında polis Hürmüzlü məhəlləsində yerləşən bağ evinə gəlib.

Jandarmlar evə girəndə partlayış baş verib. Nəticədə beşi polis əməkdaşı olmaqla 7 nəfər yaralanıb.

Partlayışın səbəbi ilə bağlı hələlik məlumat yoxdur.

Əyalət valisi Numan Hatipoğlu fövqəladə vəziyyətlə bağlı istintaqın başladığını açıqlayıb.

İlkin məlumatlara görə, söhbət ailələr arasında ədavət zəminində yaranan münaqişədən gedir.

Şərhlər

XƏBƏR LENTİ