SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Latviya dronların ilk partiyasını Ukraynaya göndərəcək

Latviya dronların ilk partiyasını Ukraynaya göndərəcək

Tarix:

4-04-2024, 13:13

/ 387 dəfə oxundu.
Latviya dronların ilk partiyasını Ukraynaya göndərəcək

 
Latviya yaxın vaxtlarda Ukraynaya 1 milyon avro dəyərində yerli istehsal olan dronların ilk partiyasını göndərməyi planlaşdırır.

“Report” Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bunu Latviyanın Baş naziri Evika Silina ukraynalı həmkarı Denis Şmıqalla keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, Latviyanın istehsal etdiyi dronlar sınaqdan keçirilib: “Ukraynalı həmkarlarımız onların döyüşdə effektiv olduğunu etiraf ediblər”.

Onun sözlərinə görə, ümumilikdə, 2024-cü ildə Latviya Ukraynaya dronların tədarükü üçün 9 milyon avro ayırmağı planlaşdırıb.

Şərhlər

XƏBƏR LENTİ