SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » İsveçrədə helikopter qəzası oldu - Ölənlər var

İsveçrədə helikopter qəzası oldu - Ölənlər var

Tarix:

4-04-2024, 09:00

/ 472 dəfə oxundu.
İsveçrədə helikopter qəzası oldu - Ölənlər var

İsveçrənin cənubunda bələdçi və turistləri daşıyan helikopter qəzaya uğrayıb.

Bu barədə Vale kantonunun polis idarəsi məlumat verib.

Bildirilir ki, təxminən 3700 metr yüksəklikdə zirvəyə çırpılan helikopter qərb yamacına doğru sürüşüb. Qəzada yaralanan 2 nəfər xəstəxanaya çatdırılıb. Digər 3 nəfər isə hadisə yerində həyatını itirib.

Qeyd edək ki, bu ərazidə aprelin birində baş verən qar uçqununda 3 nəfər həlak olub.

Şərhlər

XƏBƏR LENTİ