SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » ABŞ-dakı seçkidə Baydenin Tramla yarışacağı dəqiqləşib

ABŞ-dakı seçkidə Baydenin Tramla yarışacağı dəqiqləşib

Tarix:

20-03-2024, 16:00

/ 528 dəfə oxundu.
ABŞ-dakı seçkidə Baydenin Tramla yarışacağı dəqiqləşib

 
ABŞ-ın hazırkı prezidenti Co Bayden və keçmiş dövlət başçısı Donald Tramp martın 19-da Demokratlar və Respublikaçıların bir sıra ştatlarda keçirdiyi növbəti partiyadaxili seçkilərdə qalib gəliblər.

Tramp praymerizdə birdən-birə 5 ştatda qalib gəlib: Arizona (43 nümayəndədən 43-ü), İllinoys (64-dən 64-ü), Kanzas (39-dan 39-u), Ohayo (79-dan 79-u) və Florida (125-dən 125-i). Ümumilikdə bu ştatlarda ABŞ prezidenti vəzifəsinə namizədlərin rəsmi irəli sürülməsi üçün zəruri olan 350 nümayəndə səsi toplanıb.

Martın 19-da Demokrat Partiyası da ilkin seçkilər keçirib. Co Bayden növbəti qələbəsini qazanıb. Səsvermə Arizona, İllinoys, Kanzas və Ohayo ştatlarında keçirilib və ümumilikdə 379 nümayəndə iştirak edib.

Praymeriz eyni gündə Floridada da keçirilməli idi, lakin səsvermə bülletenində Baydendən başqa namizədlər olmadığı üçün ləğv edilib. 224 ştat nümayəndəsinin hamısının səsi dövlət başçısına verilib. Tramp kimi, bir həftə əvvəl Bayden də ABŞ Demokrat Partiyasından prezidentliyə yenidən namizədliyini irəli sürmək üçün lazım olan sayda nümayəndəni (1968) artıq toplamışdı.


İki əsas partiyanın namizədi artıq müəyyən edilsə də, praymerizlər və kokuslar iyunun əvvəlinə qədər davam edəcək. İyul və avqust aylarında Respublikaçılar və Demokratlar partiyaları prezidentliyə namizədlərini rəsmən irəli sürmək üçün milli qurultay keçirəcəklər. 2024-cü il noyabrın 5-də keçiriləcək prezident seçkiləri 1912-ci ildən bəri ABŞ-ın keçmiş prezidentinin hazırkı prezidentlə mübarizə aparacağı ilk seçki olacaq.(NBC New)

Şərhlər

XƏBƏR LENTİ