SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Ukraynanın daha çox sursata ehtiyacı var - Borel

Ukraynanın daha çox sursata ehtiyacı var - Borel

Tarix:

31-01-2024, 12:23

/ 249 dəfə oxundu.
Ukraynanın daha çox sursata ehtiyacı var - Borel

 Ukraynanın daha çox sursata ehtiyacı var.

Bunu Aİ-nin xarici siyasət rəhbəri Jozep Borel ittifaqın müdafiə nazirləri ilə Brüsseldəki görüşdən əvvəl bildirib:

“Biz Ukrayna ilə bağlı aydın öhdəliklərimizə sadiq qaldığımızı göstərməliyik, vəziyyəti aydınlaşdırmaq və indi harda olduğumuzu, mart və ilin sonuna kimi harda olacağımızı anlamaq vacibdir".

Müdafiə nazirlərinin görüşü Aİ liderlərinin Ukraynaya yardımın ayrılmasını müzakirə edəcəkləri sammit ərəfəsində keçirilir. Sammit fevralın 1-də Brüsseldə baş tutacaq.

Avropa ölkələri ötən ilin sonunda Kiyevə 50 milyard avro dəyərində maliyyə yardımı paketini bloklayan Macarıstan hakimiyyəti ilə razılığa gəlməyə çalışır.(BBC)

Şərhlər

XƏBƏR LENTİ