XalqXəbər.Az

XalqXeber.Az » Video » DTX-nin əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar

DTX-nin əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar

DTX-nin əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar
26-02-2026, 18:19

 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.

Bu barədə DTX-nin Mətbuat xidməti məlumat yayıb.

Abidənin önünə gül dəstələri qoyulub, soyqırımı zamanı həlak olanların əziz xatirəsi dərin ehtiramla yad edilib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.