Tum çırtlayaraq işçilərə əziyyət edənlər işdən çıxarıldı – Video
Paytaxtın Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsində yayılan videogörüntülər sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.
Videoda Mənzil Kommunal İstismarı Sahəsinin iki əməkdaşı yerə tum çırtlayıb tökür, bu zaman isə sahənin iki yaşlı əməkdaşı ərazini təmizləyir.
Bu hadisə sosial şəbəkələrdə izləyicilərin hiddətinə səbəb olub.
“O əməkdaşların hərəkəti bina sakinləri tərəfindən heç də birmənalı qarşılanmadı. İndiyə qədər belə hadisə görməmişəm. Bu hadisəni görəndə mənə çox pis təsir etdi”, – deyə sakinlərdən biri bildirib.
Sözügedən məsələ ilə bağlı ərazi üzrə 113 saylı Mənzil Kommunal İstismar Sahəsindən verilən məlumata görə, videogörüntüdəki həmin o iki əməkdaş işlərində yol verdikləri nöqsanlara görə işdən azad olunublar.(Baku TV)

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub