Paralimpiya Oyunlarının məşəlinin marşrutu AÇIQLANDI
İngiltərədən yola düşəcək “Paris-2024” Yay Paralimpiya Oyunlarının məşəli La Manş dənizaltı tuneli vasitəsilə Fransa ərazisinə daxil olacaq və 50 şəhərdən keçərək açılış mərasiminə çatdırılacaq.
Paralimpiya məşəli ilk olaraq Fransanın Kale şəhərinə gətiriləcək. 2024-cü il avqustun 25-dən 28-dək təşkil olunacaq estafetdə 1000 nəfər iştirak edəcək.
Paralimpiya Oyunları üçün başlanğıc nöqtə 1948-ci ildə İkinci Dünya müharibəsinin əlilləri və şikəstləri üçün ilk yarışın keçirildiyi və Paralimpiadanın beşiyi hesab olunan London ətrafındakı Stok Mandevil kəndidir. Məşəl avqustun ortalarında orada alovlandırılacaq və La Manş tuneli estafetin rəmzi başlanğıcı olacaq. İlk gündə məşəl Kale şəhərinə gətiriləcək. Burada daha 12 məşəl alovlandırılacaq və Fransanın transsərhəd şəhərlərindən keçəcək. Bundan sonra estafet Paris istiqamətində davam edəcək. Avqustun 28-də məşəl Konkord meydanında açılış mərasiminə çatdırılacaq.
Estafetin şərtləri və kapitanları Olimpiya Oyunları ilə eynidir. Hər 200 metrdən bir məşəl daşıyıcısı dəyişəcək

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır