SON DƏQİQƏ
XalqXeber.Az » İdman » Premyer Liqa: “Neftçi” “Sumqayıt”ı, “Turan Tovuz” “Sabah”ı qəbul edəcək

Premyer Liqa: “Neftçi” “Sumqayıt”ı, “Turan Tovuz” “Sabah”ı qəbul edəcək

Tarix:

11-11-2023, 10:14

/ 972 dəfə oxundu.
Premyer Liqa: “Neftçi” “Sumqayıt”ı, “Turan Tovuz” “Sabah”ı qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha iki oyunu keçiriləcək.

İlk olaraq “Neftçi” “Sumqayıt”ı qəbul edəcək.

“Neftçi Arena”dakı qarşılaşma saat 16:30-da start götürəcək. 18 xala malik komandalar 5-6-cı yerləri bölüşdürürlər.

Digər matçda da turnir cədvəlindəki “qonşu”lar görüşəcəklər: Belə ki, “Sabah” “Turan Tovuz”un qonağı olacaq. Bu görüş saat 19:00-da başlanacaq. Bölgə klubu 15 xalla 7-ci, paytaxt təmsilçisi isə 13 xalla 8-ci pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası, XIII tur

16:30. “Neftçi” - “Sumqayıt”

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamran Əliyev

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Zümrüd Ağayeva
“Neftçi Arena”

19:00. “Turan Tovuz” - “Sabah”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Elgiz Abbasov

Tovuz şəhər stadionu

Qeyd edək ki, turun “Zirə” - “Qəbələ” və “Qarabağ” - “Səbail” oyunları noyabrın 12-də gerçəkləşəcək. Ötən gün “Kəpəz” “Araz-Naxçıvan”ı minimal hesabla üstələyib - 1:0.

Şərhlər

XƏBƏR LENTİ