Futbolçumuzdan canlı yayımda topla vurduğu xanıma hədiyyə - VİDEO
Ötən gün Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçirilən "İnter” – "Mladost” (Serbiya) matçından öncə xoşagəlməz anlar yaşanıb.
Qarşılaşmanı canlı yayımlayan "CBC Sport” telekanalının müxbiri Səmra Əliyeva matç öncəsində bakılıların məşqçisi Zaur İsmayılovdan açıqlama alan zaman, futbolçu Mirhüseyn Seyidovun vurduğu top xanım müxbirin üzünə dəyib. Buna baxmayaraq , S. Əliyeva peşəkarlıq nümayiş etdirərək özünü itirməyib, canlı yayımı davam etdirib.
Mirhüseyn Seyidov müxbirin onu bağışladığını dedi:
"Həmin vaxt komanda məşq edirdi. Biz də iki-üç nəfərlə bir-birimizə uzaq ötürmələr edirdik. Yer də sürüşkən idi. Ötürmə vaxtı da top təsadüfən Səmra xanımın üzünə dəyib. Dünən videonu görəndə çox pis oldum. Xanımın özü ilə danışıb, üzrxahlıq etmişəm. Bu gün də bir kiçik hədiyyə göndərib, təkrar üzr istəmişəm. O da dedi ki, bu, mənim işimdir. Qarşılıqlı anlayışla bir-birimizi başa düşdük”.
yeniçağ

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır