"Şapka Mamed" "İnter"i "İnter Arena"dan qovdu (RƏSMİ)
Avrokuboklardakı uğurlu çıxışı ilə hər kəsin alqışını qazanan "İnter"in "qaçqın həyat"ı davam edəcək.
Beynəlxalq Bank "İnter Arena"nın istifadəsinə görə tələb etdiyi icarə haqqını ala bilmədiyinə görə komandaya qapını göstərib. "İnter" bundan sonra əvvəllər "Şəfa" adlanan stadiona buraxılmayacaq.
AFFA "Dalğa Arena"nı "İnter"in əsas komandasının istifadəsinə verib. Aşağı yaş qrupları isə Olimpiya Stadionunun ehtiyat meydançalarına pənah aparacaq.
“Mladost”la oyundan sonra təşkil edilən brifinqdə “İnter”in Müşahidə Şurasının sədri Zaur Axundov 2-3 günə “İnter Arena”nı tərk edəcəklərini və “Dalğa Arena”ya köçəcəklərini açıqlayıb: “Baza məsələsi bir az çətin məsələdi. Açığı, bizim üçün sürpriz oldu. Gözləmirdik. “Aqrarkredit” bizimlə müqaviləni uzatmaq istəmədi. Bu yaxınlarda “İnter Arena”nı boşaldacağıq. 2-3 günə yeni bazamıza köçəcəyik. Komanda Mərdəkandakı “Dalğa Arena”da məskunlaşacaq. Burda yerləşmək üçün hər cür şərait var”.
Qeyd edək ki, bir neçə gün əvvəl Beynəlxalq Bankın borclarının qaytarılması üzrə məsul şəxs - “Aqrarkredit”in rəhbəri Məmməd Musayev klubun bazasına gələrək, aqressiv şəkildə oranı boşaltmağı tələb etmişdi. “Şapka Mamed” “İnter” rəhbərliyi qarşısında bazanı boşaltmaq üçün 1 həftə vaxt qoymuşdu. "İnter"in Beynəlxalq Banka 38 milyon manat borcu var.
Xatırladaq ki, "İnter Arena" UEFA-dan gələn vəsait hesabına AFFA-nın o vaxtkı prezidenti mərhum Fuad Musayev tərəfindən inşa olunmuşdu. Hazırkı AFFA rəhbərliyi isə cəmi 4 milyon manata stadionu Beynəlxalq Banka satmışdı. Nəticə gözümüzün önündədi...

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır