"Beynəlxalq Kunq-Fu Sanda Turniri" çərçivəsində Dünya Kubokunun qalibi "Qara Kaplan" klubu olub-FOTO
İyulun 1-2 tarixləri arasında Gürcüstanın Batumi şəhərində keçirilən "Beynəlxalq Kunq-Fu Sanda Turniri" çərçivəsində Dünya Kubokunun qalibi "Qara Kaplan" klubu olub
Keçirdiyi döyüşlərdə çevikliyi ilə fərqlənən idmançımız Nicat Hüseynov 1-ci yerə layiq görülüb.
2 raund 4 qat dünya çempionu Gürcüstan təmsilçisi ilə döyüşən Nicat Hüseynov xal hesabına rəqibinə qalib gəlib.
Növbəti döyüşdə isə Nicat Hüseynovla qarşılaşmalı olan erməni idmançısı məşqçisi yetirməsinə rinqə çıxmağa icazə verməyib.
Və beləliklə, Nicat Hüseynova texniki qalibiyyət verilib.
Baş məşqçi Ruslan Qafarovun yetirmələri bu qalibiyyəti gərgin məşqlərə borclu olduqlarını bildiriblər.
Qeyd edək ki, Nicat Hüseynov bundan əvvəl 1 dəfə Dünya kubokunun qalibi olub.




Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır