SON DƏQİQƏ
XalqXeber.Az » İdman » Toğrul Əsgərovun Azərbaycan yığmasından imtinasının SƏBƏBLƏRİ — TƏFƏRRÜAT

Toğrul Əsgərovun Azərbaycan yığmasından imtinasının SƏBƏBLƏRİ — TƏFƏRRÜAT

Tarix:

30-06-2017, 10:38

/ 89 322 dəfə oxundu.
Toğrul Əsgərovun Azərbaycan yığmasından imtinasının SƏBƏBLƏRİ — TƏFƏRRÜAT

Azərbaycan güləş milli komandasının üzvü, olimpiya çempionu Toğrul Əsgərovun milli komandadan imtina etməsi barədə informasiyalar səngimək bilmir. Hətta onun bundan sonra karyerasını davam etdirəcəyi ölkənin adı də çəkilir-Türkmənistan.

İdmançı özü isə zənglərə cavab vermədiyindən, bu barədə dəqiq nəsə söyləmək çətindir. Məlum olan bir məsələ var ki, Türkmənistan tərəfdən olimpiya çempionumuza belə bir təklif olub. Əsgərovun komanda yoldaşı, dünya çempionu Hacı Əliyev də təsdiqləyir ki, həmkarına belə bir təklif var:

"Mənə yox, Toğrula təklif oldu. Onun təklifi qəbul edib-etmədiyini bilmirəm. Bu barədə heç nə deyə bilmərəm. Özü Bakıya sabah qayıdacaq. Əsgərovdan soruşarsınız, hər şeyi deyər".

Milli komandanın baş məşqçisi Firdovsi Umudov isə Əsgərovu əldən buraxmaq fikrində olmadığını dilə gətirib.

İndi isə bir neçə il öncəyə qayıdaq və baş verənləri təhlil etməyə çalışaq. Yadınızdadırsa, 2012-ci ildə Toğrul Əsgərov olimpiya çempionu olandan sonra uzun müddət zədədən əziyyət çəkdi. Elə həmin vaxtdan da federasiyada bir sıra şəxslər, o cümlədən keçmiş baş katib Əjdər Cəfərovla olimpiya çempionunun münasibətləri gərginləşdi. Hətta həmin dönəmdə böyük məşqçi olan Firdovsi Umudov da Əsgərov barədə sərt ittihamlarla mətbuatda çıxış etmişdi.

Bütün bu ittihamların kökündə bir məsələ dururdu. Federasiya rəhbərliyinə, həmçinin Umudova elə gəlirdi ki, çempion idmançı zədəli olduğunu deməklə yarışlardan boyun qaçırır.

Halbuki idmançı neçə vaxtdır ki, boynundan əməliyyat olunmalıydı və federasiya onun xaricə göndərilməsini gecikdirirdi.

Əsgərova yaxın şəxslər isə bildirirlər ki, onun səbrini daşıran son damla dopinqdə "ilişməsi" oldu. Doğrudur, dopinqdə ilişmək Toğrulun öz təqsiridir. Ancaq maraqlıdır ki, Əsgərovun dopinqdə "ilişməyi", həmçinin İslam Həmrəyliyi Oyunlarında zədə ucbatından iştirak etməyəcəyi aylar öncədən məlum idi. Amma qəribədir ki, bu xəbər yarışlar başlayan kimi mətbuata sızdırıldı. Halbuki öncədən deyilə bilərdi. Dolayısıyla bu, idmançının nüfuzuna xələl gətirməyə hesablanmış addım da hesab edilə bilər. Çünki zədə idmançıdan asılı olmayan səbəbdirsə, dopinq birbaşa olimpiya çempionunun məsuliyyətsizliyi kimi qiymətləndirilə bilər.

İstənilən halda belə bir idmançının Azərbaycan yığmasından imtina etməyi üzücüdür. Milyonlar xərcləyib başqa ölkələrdən legionerlər cəlb etdiyimiz halda, canıyla, qanıyla özümüzünkü olan Əsgərovun küsdürülməsi yaxşı heç nə vəd etmir.
Ölkə.Az

Şərhlər

XƏBƏR LENTİ