O da İrəvanda qazandığı qələbəni Azərbaycana həsr etdi
Ermənistanın paytaxtı İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında Türkiyənin daha bir idmançısı qələbəsini Azərbaycana həsr edib.
Xalqxeber.az xəbər verir ki, çempionatda 64 kiloqram çəki dərəcəsində çıxış edən Nuray Güngör toplam 219 kiloqramı ram edərək Avropa çempionu olub.
Ermənistanda böyük uğura imza atan gənc atlet qələbəsini Azərbaycana həsr etdiyini bildirib. O, İrəvanı tərk etmiş Azərbaycan idmançılarını unutmadığını deyib: “Onlar pis olmasınlar. Biz onların yerinə də mübarizə aparıb çempion oluruq”.
Qeyd edək ki, bundan əvvəl 45 kiloqram çəki dərəcəsində 3 qızıl medal qazanmış Cansu Bektaş və gümüş mükafata yiyələnmiş Qəmzə Altun da qələbələrini Azərbaycana həsr etmişdilər.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır