"Bayrağımıza qarşı hörmətsizliyi heç cür qəbul edə bilmərik" - Kənan Məstəliyev
"Yarışın təhlükəsizliyinə cavabdeh olan Ermənistanın yüksək vəzifəli şəxsləri qalmağımızı istədilər. Oteldən çıxmağımızı əngəlləmək fikrində idilər ki, gecikmələr olsun. Buna müəyyən qədər nail oldular”.
Bunu Azərbaycan Ağır Atletika Federasiyasının baş katibi Rizvan Rəsulov Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatı zamanı baş vermiş təxribata münasibət bildirərkən deyib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlama verən federasiya rəsmisinin sözlərinə görə, komanda qitə birinciliyində çıxış etsəydi, daha ciddi problemlər yarana bilərdi: “Açılış mərasimində baş verənlər idmançılarımızda psixoloji ruh düşkünlüyü yaratdı. Bu, ciddi hadisələrin baş verəcəyindən xəbər verirdi. Biz də etirazımızı bildirdik və çıxış etməyəcəyimizi dedik. Bayrağın yandırılması bu siqnalların startı idi. Yarışa kökləndiyimiz bir anda bu hadisə yaşandı və uşaqların təhlükəsizliyinə artıq əmin deyildik”.
Xatırladaq ki, Avropa çempionatının aprelin 14-də keçirilən açılış mərasimində Azərbaycan bayrağı yandırıldığından, Azərbaycan millisi yarışdan imtina edib

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır