İdmançımız qızıl medal qazandı
21-23 dekabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən qadınlar, kişilər və veteranlar arasında ağır atletika üzrə Azərbaycan Kubokunda ikinci yarış günü başa çatıb.
Yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzdən çox atlet öz qüvvəsini sınayır.
Günə çəkisi 89 və 96 kq-a qədər olan atletlərin mübarizəsi ilə start verilib. 89 kq-da toplam 300 kq (140+160) nəticə göstərən “Spartak-Ettore” Klubunun təmsilçisi Sənan Mirzəyev qızıl, toplam 270 kq (120+150) nəticə göstərən “Herkules” Klubunun təmsilçisi Kənan Xəlilov gümüş, toplam 236 kq (106+130) nəticə göstərən “Buta” Klubunun təmsilçisi Kamran Ağalarov bürünc medal qazanıblar.
96 kq çəki dərəcəsində isə toplam 265 kq (115+150) nəticə göstərən “Cəngi” Klubunun təmsilçisi Elşən Şərifov qızıl, toplam 242 kq (109+133) nəticə göstərən “Naxçıvan” Klubunun təmsilçisi Həsən Babayev gümüş, toplam 218 kq (97+121) nəticə göstərən “Göyəzən” Klubunun təmsilçisi Elmar Rəhimov bürünc medala sahib çıxıblar.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır