"Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum oldu
Bu gün Çempionlar Liqasında 2017/18 mövsümünün II təsnifat mərhələsinin püşkatması keçirilib.
İsveçrənin Sürix şəhərində keçirilən tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın rəqibi də bilinib. Püşkün nəticəsinə görə, komandamız Gürcüstan çempionu "Samtredia" ilə qarşılaşacaq. İlk oyun Bakıda, cavab görüşü Gürcüstanda olacaq.
II təsnifat mərhələsinin ilk oyunları iyulun 11-12-i, cavab matçları isə iyulun 18-19-a nəzərdə tutulub. Matların dəqiq tarixi yaxın vaxtlarda açıqlanacaq.
Xatırladaq ki, "Samtredia" ötən il Avroliqanın birinci mərhələsində "Qəbələ"yə rəqib olub. İlk görüşdə Roman Qriqorçukun komandası rəqibinə 5:1 qalib gəlib, cavab görüşündə 1:2 hesabı ilə uduzub və mərhələ adlayıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır