XalqXəbər.Az

www.XALQXEBER.az » İdman » Atletika federasiyasında qalmaqal - “Ermənilər dedi ki, Vahidə səs verəcəyik”

Atletika federasiyasında qalmaqal - “Ermənilər dedi ki, Vahidə səs verəcəyik”

Atletika federasiyasında qalmaqal - “Ermənilər dedi ki, Vahidə səs verəcəyik”
1-06-2017, 16:29

May ayının 28-30-da İWF-nin (Beynəlxalq Ağır Atletika Federasiyasının) hesabat-seçki konfransı baş tutub. .Bu konfransda Olimpiya dərəcəli hakim Vahid Nəzərovun Texniki komitəyə və Elmi şuraya namizədliyi irəli sürülüb və qeydə alınıb.

Bunun üçün də V.Nəzərov mayın 28-də həmin konfransda iştirak etmək üçün Taylanda səfər etməli idi. Ancaq nədənsə, azərbaycanlı hakimin belə bir önəmli konfransda iştirakı mümkün olmayıb. Milli komandanın sabiq baş məşqçisi, SSRİ idman ustası, ağır atletika sahəsində ilklərə imza atan Nəzərova səlahiyyətli qurumlar da kömək edə bilməyib.

Nəzərov özü də bu barədə açıqlama verib: “Əvvəlcə bildirim ki, bu konfransda yeni federasiya rəhbərləri, rəyasət heyəti, vitse-prezidentlər, icraiyyə komitəsi, texniki komitə seçilir. Bu önəmli konfransda mənim namizədliyim də yerli federasiya tərəfindən göndərilmiş, Beynəlxalq qurum tərəfindən də qeydə alınmışdı. Mən də getməməyimizi bir-iki gün öncə öyrəndim.

Bizi İctimai TV-yə dəvət etmişdilər. Oradan çıxdıqdan sonra yerli federasiyanın baş katibi Rizvan Rəsulova yaxınlaşdım və nə vaxt gedəcəyimizi soruşdum. O dedi ki, Cahangir Əsgərov getməyə icazə vermir. Dedim başa düşmürəm, namizədliyimin qəbul olunması üçün adımı göndəribsə, indi niyə icazə vermir? Konfransa Tofiq Heydərov, Rəhman Rəsulov və adını bilmədiyim bir nəfər qatılıb”.

Vahid Nəzərovun ittihamlarına hazırda Azərbaycan Ağır Atletika yığmasının baş məşqçisi Tofiq Heydərov cavab verib. O, fikirlərini sosial şəbəkədə bölüşüb: “Allah sənə kömək olsun, Vahid müəllim. Sizin yerinizə utandım. Bizə düşmən lazım deyil, əgər sizin kimi insanlar varsa. Komandaya dopinqi siz və sizin kimi məşqçilər verib və bugünə qoyub. Biz axıra qədər dopinqlə mübarizə aparacağıq. Şükür rəhbərlik etdiyimiz komandadan bir nəfər də dopinqə görə ilişməyib. Sizin rəhbərliyiniz altında və məşqçu olduğunuz 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında bütün iştirakçılar istifadəsi qadağan olunmuş dərmanlardan istifadə edib. Heç olmasa danışmayın. Mənim və mənim kimi bir neçə idmançının karyerasını məhv etmisiz. Hörmət ediriksə, həddinizi bilin. Ağır Atletikaya zərər gətirən müsahibələr verməyib. Bu federasiya rəsmisi olaraq sizə son xəbərdarlığımdır. Yaxında dopinqə düşən atletlərimiz haqqında qərar çıxandan sonra onların taleyi ilə oynayan sizin kimi məşqçilər hüquq qarşısında cavab verəcək. Bu işdə sona qədər mübarizə aparacağam. Çünki siz cəzalanmasanız, yenə davamı gələcək. Seçkiyə gəlincə, ermənilər bizə yaxınlaşdı ki, Vahidə səs verəcəyik, siz də bizə səs verin. Açığı, utandım. Əmin olun ki, siz nəinki beynəlxalq federasiya komitələrinə yığmaya məşqçi seçiləndə də adınızı siyahıya salmışdım. 57 nəfərdən 1-i sizə səs vermişdi. Mənim səhvimdir ki, İWF-yə namizədliyinizi verdim. Xətrinizə dəymədim. Cahangir Əsgərova gəlincə, onun altetika üçün etdiklərini heç bir federasiya prezidenti etməyib. Neçə illərdi ki, sizin kimi adanmlar onun pullarını mənimsəyib. Aranı qarışdırmaqla məşğul olublar. Etdiyiniz əməllərə görə ona zəng etməyə haqqınız yoxdur”.

unikal.org

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.