SON DƏQİQƏ
XalqXeber.Az » İdman » Millimiz İrlandiya komandasına məğlub oldu - YENİLƏNİB

Millimiz İrlandiya komandasına məğlub oldu - YENİLƏNİB

Tarix:

9-10-2021, 22:00

/ 472 dəfə oxundu.
Millimiz İrlandiya komandasına məğlub oldu - YENİLƏNİB


Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən Azərbaycan - İrlandiya oyunu başa çatıb.

Norveçli baş hakim Espen Eskasın idarə etdiyi oyunun ilk hissəsində irlandiyalı Kallum Robinson dubl edib - 2:0. Qonaqların heyətində üçüncü qolu Çidozi Oqbene (90-ci dəqiqə) vurub.

Millimizin yer aldığı A qrupunda Portuqaliya millisi 13 xalla birinci, Serbiya seçməsi 11 xalla ikinci, Lüksemburq 6 xalla üçüncü pillədə qərarlaşıb. İrlandiya seçməsi 2 xalla dördüncü, hesabında 1 xal olan millimiz isə sonuncu pillədə yer alıb.

***21:45

Azərbaycan və İrlandiya yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununda VAR sistemindən istifadə olunub.

Görüşün baş hakimi Espen Eskas Mahir Emreli ilə rəqib müdafiəçi arasında ikili mübarizə zamanı penalti olub-olmamasını dəqiqləşdirmək məqsədilə VAR-a müraciət edib.

Epizodun təkrarını izləyən referi qarşılaşmanı davam etdirib.

Qeyd edək ki, hazırda matçda 2-ci hissə oynanılır və qonaqlar hesabda öndədir - 2:0.

***20:50

Azərbaycan və İrlandiya yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununda ilk hissə başa çatıb.

Unikal.org-un məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv fasiləyə məğlub yollanıb - 0:2.

***20:20

Xəbər verdiyimiz kimi, 2022-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisinin qonağı olan İrlandiya yığmasının futbolçuları matçı başlayıb. 

Unikal.org-un məılunmatına görə, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmada ilk hissə oynanılır və hesab qonaqların xeyrinədir - 1:0.

***20:05

Bakıda Azərbaycan və İrlandiya yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyunu başlayıb.

 Bakı Olimpiya Stadionunda keçirilən görüş saat 20:00-da start götürüb.

Qarşılaşmanı Norveçdən olan FIFA referisi Espen Eskas idarə edir.

19:39

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində qarşılaşacaq Azərbaycan və İrlandiya milli komandalarının start heyətəri açıqlanıb.

 Bakıda baş tutacaq oyunda komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 4. Höccət Haqverdi, 5. Maksim Medvedev, 7. Namik Ələskərov, 8. Emin Mahmudov, 17. Toral Bayramov, 10. Mahir Emreli, 13. Abbas Hüseynov, 18. Anton Krivotsyuk, 19. Filip Ozobiç

Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Aydın Bayramov, 3. Azər Salahlı, 6. Vüqar Mustafayev, 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 14. Murad Xaçayev, 15. Tellur Mütəllimov, 16. Anatoli Nuriyev, 20. Mert Çelik, 21. Araz Abdullayev, 22. Rəhim Sadıxov.

Baş məşqçi: Canni De Byazi

İrlandiya: 1. Gevin Bazunu, 2. Mett Doerti, 4. Şeyn Daffi, 5. Con İqan, 6. Joş Kullen 7. Kallum Robinson, 9. Adam İdah, 11. Ceyms Makkleyn, 13. Ceff Hendrik, 15. Deril Horqan, 22. Endryu Omobamidele

Ehtiyat oyunçular: 16. Kuivin Kelleher, 23. Mark Travers, 3. Enda Stivens, 8. Konor Hurihan, 10. Troy Perrot, 12. Neytan Kollinz, 13. Sayrus Kristi, 17. Harri Arter, 18. Ceymi Makqrat, 19. Ceyms Kollinz, 20. Çidozi Oqbene, 21. Aron Konnolli

Baş məşqçi: Stiven Kenni

Görüş saat 20:00-da start götürəcək

***18:39

Bu gün Azərbaycan millisi Dünya Çempionatı-2022-nin seçmə mərhələsində növbəti oyununa çıxacaq.

Komandamız “A” qrupundakı 6-cı matçında İrlandiya yığması ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.

Qrupun digər oyununda isə Lüksemburq Serbiya ilə üz-üzə gələcək.

20:00. Azərbaycan – İrlandiya

Hakimlər: Espen Eskasa, Kim Tomas Haqlund, Oystein İtterland, Kay Erik Stin (hamısı Norveç) Bakı Olimpiya Stadionu.

22:45. Lüksemburq – Serbiya

Şərhlər

XƏBƏR LENTİ