Azərbaycanın dünya çempionu həbs edildi - ŞOK SƏBƏB
Azərbaycanda tanınmış idmançı həbs edilib.
Xalqxeber.Az “Report”a istinadən xəbər verir ki, dünya və Avropa çempionu Xəyyam Səfixanov Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Onun üzərinə baxış keçirilərkən 5,012 qram heroin, 0,072 qram metafitamin, 2,475 qram tramadol aşkarlanıb.
Onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Sabunçu Rayon Məhkəməsinin qərarı ilə X.Səfixanovun barəsində həbs qətimkan tədbiri seçilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti “Report”a faktı təsdiqləyib.
Xatırladaq ki, X.Səfixanov universal-döyüş və digər idman növü üzrə dünya və Avropa çempionu olub. O, daha əvvəl məhkumluq həyatı yaşayıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır