Messi evlənir
“Barselona”nın hücumçusu Lionel Messi evlənməyə hazırlaşır.
Argentinalı futbolçu uzun müddətdi birlikdə olduğu sevgilisi Antonelli Rokuçço ilə münasibətlərini rəsmiləşdirəcək.
Argentina mətbuatında gedən məlumatlarda cütlüyün artıq toy tarixini dəqiqləşdirdiyi bildirilib. Qeyd edilib ki, toy bu ilin 30 iyun tarixinə planlaşdırıb. Mərasim həm Antonellinin, həm də Messinin doğulduğu Rosario şəhərində olacaq.
2000-ci ildən birlikdə olan cütlüyün 4 yaşlı Tyaqo və bir yaşlı Mateo adlı övladları var.
Qeyd edək ki, toy mərasimindən qısa müddət əvvəl, 24 iyunda Leo doğum gününü də qeyd edəcək. Onun 30 yaşı tamam olur.


Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır