Federasiyanın rəsmisi Azad Rəhimovun yalanını üzə çıxardı
Olimpiya idman növü olan həndbol üzrə milli komandmız məşqlərdən məhrum qalıb. Həndbolçular bir ay bundan öncəyə qədər açıq hava şəraitində bəzən məşqlər keçsələr də, artıq bu mümkün olmur.
Bu barədə Unikal.org-a açıqlama verən Azərbaycan Həndbol Federasiyasının idman şöbəsinin müdiri İsgəndər Əsgərov bildirib ki, yığma komanda 1 aydan çoxdur məşq keçə bilmir.
Federasiya rəsmisi bununla bağlı lazımı qurumlara müraciət etdiyini də deyib.
Qeyd edək ki, Gənclər və idman naziri Azad Rəhimov keçirdiyi sonuncu onlayn iclasların birində Olimpiya idman növləri qeyri-Olimpiya idman növləri ilə müqayisədə daha stabildir. Nazir həmçinin bildirmişdi ki, olimpiyaçılar icazə əsasında məşqlərini qapalı şəraitdə davam edə bilirlər.
Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri Fərid Mansurov da olimpiya idman növləri üzrə yığma komandalar Tokio Yay Olimpiya Oyunlarına hazırlıq məqsədilə qapalı şəraitdə məşqləri davam etdirdiyini qeyd etmişdi.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır