Cahangir Əsgərovun rəhbəri olduğu federasiyada ETİRAZ - FOTO
İdman mütəxəssisləri Azərbaycan Ağır Atletika Federasiyasında etirazlara başlayıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, onların etiraz etməsinə səbəb federasiyada hesabat-seçki konfransının keçirilməməsidir.
Federasiyanın Nizamnaməsinə uyğun olaraq 4 il müddətinə seçilən AAAF-ın rəhbər orqanlarının səlahiyyətləri 2020-ci ildə bitib. Nizamnaməyə əsasən federasiyanın rəhbəri, vitse-prezident və baş katibi yenidən seçilməlidir.
Eyni zamanda 2021-ci ilin mart ayında İstanbulda Beynəlxalq Ağır Atletika federasiyasının hesabat-seçki konfransı keçiriləcək. Artıq quruma daxil olan dövlətlərin hər biri ağır atletika federasiyası seçkisini keçirib və beynəlxalq konfransda iştirak etmək hüququ qazanıb.
Ancaq AAAF seçki keçirmədiyi üçün bundan məhrum ola bilər.
Bununla bağlı idman mütəxəssisləri Gənclər və İdman Nazirliyinə, eləcə də federasiya rəhbərliyinə məktub ünvanlasalar da, cavab ala bilməyiblər.
Qeyd edək ki, Azərbaycan Ağır Atletika Federasiyasının rəhbəri Cahangir Əsgərov olsa da, qurumun idarəçiliyinə vitse-prezident Tofiq Heydərov nəzarət edir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır