Taekvandoçularımız 2 qızıl, 2 gümüş, 4 bürünclə dönürlər
Yunanıstanın paytaxtı Afinada keçirilən Ümumdünya Taekvondo Federasiyasının prezident kubokuna yekun vurulub.Yarışın son 2 günü komandamızın aktivinə daha 1 qızıl, 2 gümüş və 1 bürünc medal əlavə edilib.
Belə ki, yeniyetmələr arasında 41 kq çəki dərəcəsində yarışa qatılan Ofeliya Allahverdiyeva rəqiblərinə şans verməyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Böyüklərdən ibarət yığma komandamızın üzvü Qaşım Maqomedovla (54 kq) Radik İsayev (+87 kq) finala vəsiqə qazansalar da, həlledici döyüşdən məğlub ayrılıblar. Sina Bəhrami (68 kq) isə yarışı yarımfinal mərhələsində başa vurub.
Beləliklə, millimiz 51 ölkədən 2182 taekvondoçunun iştirak etdiyi sayca ikinci olan G2 kateqoriyalı yarışı 2 qızıl, 2 gümüş və 4 bürünc medalla başa vurub.
Turnirdə mükafatçılar sırasında yer alacaq idmançılar il ərzində keçirilməsi nəzərdə tutulan Avropa birinciliyi və çempionatına öz çəkilərində əlavə lisenziya əldə etmiş olurlar.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır