İlham Zəkiyev və Hacı Əliyevə yeni vəzifə verildi
Azərbaycan Milli Anti-dopinq Agentliyinin (AMADA) İdmançılar Məsləhətçi Komissiyasının sədr və sədr müavini seçilib.
Karantin rejiminin tələbləri nəzərə alınaraq, onlayn formatda keçirilən iclasda AMADA-nın direktoru Şəfəq Hüseynli və komissiyanın bütün üzvləri iştirak edib.
İclasda çıxış edən AMADA-nın direktoru Şəfəq Hüseynli bildirib ki, idmançıların hüquqlarının daha effektiv müdafiəsi və təmiz idmanın təşviqi baxımından komissiyanın aktiv fəaliyyəti vacibdir. Bunun üçün İdmançılar Məsləhətçi Komissiyasının əsasnaməsinə uyğun olaraq ilk növbədə komissiyanın sədr və sədr müavini seçilməlidir.
Komissiya üzvləri tərəfindən sədrlik üçün cüdoçu, ikiqat paralimpiya çempionu İlham Zəkiyevin, sədr müavini vəzifəsinə isə sərbəst güləşçi, üçqat dünya çempionu, Olimpiya Oyunlarının bürünc medalçısı Hacı Əliyevin namizədliyi irəli sürülüb.
Keçirilən səsvermədə hər iki təklif yekdilliklə dəstəklənib. Beləliklə, İlham Zəkiyev İdmançılar Məsləhətçi Komissiyasının sədri, Hacı Əliyev sədr müavini seçilib.
Qeyd edək ki, İdmançılar Məsləhətçi Komissiyası yanvarın 21-də təsis olunub. 12 üzv idmançıdan ibarət komissiyanın missiyası AMADA daxilində idmançıları təmsil etmək və idmançıların hüquqlarının müdafiəsi və təmiz idmanın təşviqi ilə bağlı AMADA-ya tövsiyələr verməkdir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır