AAAF-da qalmaqal davam edir - Tofiq Heydərov atletlərdən küsüb
Pandemiya dövründəki çətinliyə baxmayaraq Azərbaycan Ağır Atletika Federasiyası millinin idmançılarının taleyi ilə maraqlanmamağa davam edir.
Unikal.org-un əldə eydiyi məlumata görə, şəraitsizlik və maaşla bağlı sonuncu videomüraciətindən sonra da atletlərin vəziyyəti əvvəlki kimi qalır.
Belə ki, AAAF rəsmiləri ağır atletlərdən hər şeyi gizli saxlayır. İdmançılara bu gedişlə vəziyyətlərinin necə olacağı ilə bağlı məlumat verilmir.
Federasiya 5 aydır ki, milli komanda üçün təlim-məşq toplanışları təşkil etmir. İdmançıların durumları ilə zəng edib maraqlanılmır.
Məşqsiz və vitaminsiz qalan idmançıların vəziyyəti gün keçdikcə daha da ağırlaşır.
Bundan əlavə idmançılar hələ də maaş problemi yaşamağa davam edirlər. Belə ki, bəzi idmançılara maaşlar ödənilsə də, 100 manat əskik verilib.
Milli komandanın digər üzvlərinə isə söz verilməyinə baxmayaraq, hələ də məvacib ödənilmir.
Məlumatda o da bildirilir ki, Tofiq Heydərov şikayətlərini dilə gətirərək videomüraciət edən idmançılarla münasibəti kəsmək qərarına gəlib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır