Mehriban Əliyeva güləşçilərimizi təbrik etdi
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliyanın paytaxtı Romadakı Avropa çempionatında 2 qızıl, 4 bürünc medal qazanan yunan-Roma güləşi üzrə milli komandanın üzvlərini təbrik edib...
Təbrik mesajı Birinci vitse-prezidentin "Instagram" səhifəsində yerləşdirilib.
M.Əliyeva yazıb: "İdman sahəsində növbəti böyük uğurumuz! İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə Azərbaycan millisi tarixində ilk dəfə 6 medal qazanaraq komanda hesabında ikinci yerdə qərarlaşıb. Bu möhtəşəm qələbə sevincini Azərbaycan xalqına yaşadan idmançılarımızı - qızıl medal sahibləri Sənan Süleymanovu və Rafiq Hüseynovu, bürünc medal sahibləri Eldəniz Əzizlini, Murad Bazarovu, Ülvi Qənizadəni və İslam Abbasovu və onların məşqçilərini səmimi-qəlbdən təbrik edir, onlara yeni-yeni nailiyyət və qələbələr arzulayıram!
Romada Azərbaycanı təmsil edən yunan-Roma güləşi üzrə heyətimiz:
Baş məşqçi - Aleksandr Tarakanov
Böyük məşqçi - Rövşən Bayramov
Şəxsi məşqçilər:
Sənan Süleymanovun (qızıl medal 77 kq) məşqçisi Azər Hüseynov
Rafiq Hüseynovun (qızıl medal 82 kq) məşqçisi Radik Huseynov
Eldəniz Əzizlinin (bürünc medal 55 kq) məşqçisi Turac Hüseynli
Murad Bazarovun (bürünc medal 60 kq) məşqçisi Vaqif Feyzullayev
Ülvi Qənizadənin (bürünc medal 72 kq) məşqçisi Elnur Müzəffərov
İslam Abbasovun (bürünc medal 87 kq) məşqçisi Bahadur Həziyev".

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır