"Hafiz Məmmədov mənim generalımdır" deyən məşqçi bu dəfə tənqid etdi
"Hafka" ləqəbli Hafiz Məmmədovun rəhbəri olduğu, hazırda fəliyyətini dayandırmış “Bakı” klubunun sabiq baş məşqçisi Milinko Pantiç Azərbaycan Premyer Liqası ilə bağlı açıqlama verib.
Unikal.org xəbər verir ki, Rusiyanın “İzevstiya” nəşrinə danışan serbiyalı mütəxəssis, çempionatda inkişafın olmadığını bildirib:
“Azərbaycan çempionatının səviyyəsi çox aşağıdır. Mən orda çalışanda, əsas liqada 10 komanda var idi. İndi isə 8 komanda qalıb ki, bu da çox azdır. Mən orda işləyəndə güclü legionerlər var idi, indi demək olar ki, onlar qalmayıblar. Bundan başqa, çempionatda rəqabət də yoxdur. Rəqabət yoxdursa, irəliləyiş də ola bilməz. “Qarabağ” digər komandalardan bir neçə dəfə üstündür. Mövsüm başlamazdan əvvəl “Qarabağ”ın çempion olacağını əminliklə demək olar. Hətta “Neftçi”nin də liderlə rəqabət aparmaq imkanı yoxdur”.
53 yaşlı mütəxəssis 2013-2014-cü illər mövsümündə “Bakı”nın “sükanı arxasında” olub.
Xatırladaq ki, “Bakı”nın sabiq baş məşqçisi Milinko Pantiç 2016-cı ildə verdiyi müsahibəsində "Hafka" haqqında bu sözləri demişdi:
"Hafiz Məmmədovla mənim aramda çox yaxşı dostluq münasibəti var, biz dostuq. Dost da həmişə dar gündə tanınar. Mən “əsgər”əm, Hafiz Məmmədov da mənim “general”ım".

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır