"Qarabağ”a qarşı daha bir TƏXRİBAT – Bu dəfə “Livescore”dan
Dünən UEFA Avropa Liqasının “A” qrupunda Lüksemburqda baş tutan “Dudelanj” – “Qarabağ” matçında erməni təxribatı baş verib.
Yenicag.az xəbər verir ki, “Qarabağ”ın 4-1 hesabı ilə qalib gəldiyi matçın 31-ci dəqiqəsində (2-ci qoldan sonra) meydançaya dron vasitəsilə Qarabağ separatçılarının “bayrağı” endirilib.
“Qarabağ” futbolçularının kəskin etirazından sonra məsələnin aydınlaşdırılması üçün matç yarımçıq saxlanılıb və oyun 25 dəqiqə sonra davam etdirilib.
Ancaq komandamıza qarşı təxribat bununla bitməyib. Oyundan sonra Avropa Liqasında keçirilən oyunların nəticələrini və turnir cədvəlini dərc edən məşhur “Livescore” saytı “Qarabağ”a qarşı təxribata yol verib.
Sayt “Dudelanj” üzərində qələbə sayəsində qrupda faktik 2-ci pilləyə yüksələn “Qarabağ”ı 3-cü sırada göstərib. Komandamızın 2-ci yeri isə “Dudelanj”a “bağışlanıb”.
Yazı yayıma hazırlandığı bu dəqiqələrdə “Livescore” qeyd olunan təxribatı hələ də aradan qaldırmayıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır