Cüdo yığmasının üzvlərindən tərbiyəsizlik: Jurnalisti təhqir etdilər - FOTOLAR
Azərbaycan cüdo yığmasının üzvlərinin sosial şəbəkədəki davranışı narazılığa səbəb olub.
Futbolpress.az-a istinadən xəbər veririk ki, Yaponiyanın paytaxtı Tokioda keçirilən cüdo üzrə dünya çempionatında qadınlardan ibarət Azərbaycan yığması fiaskoya uğramaqdadır. Bu günə qədər tatamiyə çıxan qadın cüdoçuların hamısı yarışın ilkin mərhələlərində uduzaraq, mundialı medalsız tərk ediblər. Bununla bağlı Azərbaycan Cüdo Federasiyasının "Facebook"dakı səhifəsinə "Qadınlar yığması gəzməyə getmişdi, deyəsən" rəyini yazan "Sporter.az" səhifəsinin idarəçisi kimi tanınan idman bloqeri, jurnalist Elmar Rza millinin üzvü Aişə Qurbanlı tərəfindən təhqir olunub.
Daha sonra digər yığma üzvü Hidayət Heydərov Aişə Qurbanlıya dəstək verərək Elmar Rzanı təhqir edib, ona hədə-qorxu gəlib. Sözügedən mundialda bürünc medal qazanan Heydərov şərhlərdə Rəşad Sultanov adlı şəxsin də ünvanına xoşagəlməz sözlərdən istifadə edib.
Uğursuzluqları ilə bağlı tənqidə cüdoçuların belə reaksiyası sosial şəbəkədə böyük əks-səda doğurub.






Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır