Cüdo federasiyasında növbəti qalmaqal - Ukraynalıya görə onu da "qurban verdilər"
"Dünya çempionatına gedəcək milli komandanın heyəti məlum oldu. Mən bu dünya çempionatında heyətdə yoxam".
Bu sözləri 2 qat dünya və 3 dəfə Avropa mükafatçısı cüdoçu Oxan Səfərov deyib. İdmançı özünə qarşı laqeydlikdən şikayətlənib:
"Federasiyamızın mənə böyük dəstəyi olduğu halda, baş məşqçi ilə olan problemlərim mənim heyətdən kənar qalmağıma səbəb oldu. 60 kq-da keçirilən "yenidən baxış" 3 nəfər aradsında keçirilən yarışda öz istəyimlə iştirak etmədim. Düşündüm ki, mən yenidən baxılacaq bir idmançı deyiləm və 3 Avropa medalı və 2 Dünya çempionatı medalı buna sübutdur. O biri iştirakçıların heç birinin böyük arenalarda medalı da yoxdur.
Tokio Dünya Çempionatı mənsiz olacaq, mənə azarkeşlik edən hər kəsə təşəkkür edirəm".
Xatırladaq ki, cüdo üzrə milli komandanın ukraynalı baş məşqçisi Ruslan Maşurenko gəldiyi gündən etibarən (2017-ci il, noyabr) Azərbaycan Cüdo Federerasiyasında bəzi ayrı-seçkiliklərə səbəb olmşdu.
Bundan əlavə Rövnəq Abdullayevin rəhbəri olduğu federasiyada ukraynalı məşqçiyə görə, keçmiş baş məşqçi Fərhad Məmmədovu və bəzi idmançılar "qurban verilib". Bunun səbəbi Ruslan Maşurenkonun yerli idmançılarla tez-tez fikir ayrılığına gəlməsidir.
Unikal.org

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...