Ömər Eldarov prezident mükafatçılarını zaldan çıxarır - FOTOLAR
Azərbaycan Rəssamlıq Akademiyası dünya və Avropa çempionlarına qarşı hörmətsizlik edir.
Bunu Muay-Tay üzrə milli komandanın böyük məşqçisi Şəhriyar İsayev Unikal.org-a açıqlamasında deyib. Məşqçinin bildirdiyinə görə, Rəssamlıq Akademiyasının idmançıları 3 ilə yaxındır ki, qurduqları zaldan çıxardırlar:
"2016-ci ildən Rəssamlıq Akadamiyasının idman zalında Muaytay və Uşu Federasiyalarının milli komandaları, karateçilər, MMA döyüşçüləri və bir çox idmançılarımız məşq edir. İndi gəlib bizə deyirlər ki, buradan çıxın. Rəssamlıq Akademiyasının rəhbərliyinə bildirmişik ki, burada məşq edənlərin dünya, Avropa çempionları, İslamiada medalçıları və prezident mükafatçılarıdır. Onların cavabı isə "bizə maraqlı deyil" olub. Hətta demişik ki, lazımı qurumlara bu barədə məktub ünvanlamışıq. Dedilər kimə istəyirsiniz deyin, bizi maraqlandırmır".
Ş.İsayev qeyd edib ki, akademiya onlardan 1 ay içində çıxmağı tələb edir:
"Biz İnzibati – təsərrüfat işləri üzrə prorektor Elmira Səmədova ilə danışmışıq. O bildirir ki, akademiyanın rektoru Ömər Eldarov buna razı deyil. Elmira xanım bizə Ömər müəllimin vasitəsiylə çıxın deyir. O bildirir ki, mənlik deyil, akademiyanın rəhbəri çıxmağımızı istəyir. Biz 2016-cı ildə zalla bağlı anlaşanda da Elmira Səmədovayla danışmışdıq, indi də onunla danışmışıq. Dediklərinə görə, həmin idman zalını akt zalı etmək istəyirlər. Başa düşə bilmirəm, akademiyada bir böyük akt zalı varsa, ikinciyə nə gərək var? Dedik heç olmasa yeni yer tapana, avadanlıqlarımızı yerləşdirənə qədər bizə bir il vaxt verin, razılaşmadılar. 1 ay güc bəla ilə vaxt verdilər ki, çıxın. Bu müddətdə bizim geniş zal tapmağımız mümkün deyil". 




Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...