Azərbaycanın boccia üzrə paralimpiya yığması beynəlxalq yarışda bürünc medala layiq görülüb
Xorvatiyanın Zaqreb şəhərində keçirilən, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə milli komandasının da iştirak etdiyi Açıq Regional Çempionat başa çatıb.
18 ölkənin boccia üzrə komandalarının iştirak etdiyi çempionatda boccia üzrə milli yığmamız qrup mərhələsində ilk oyunda Macarıstan yığmasına məğlub olsa da, Xorvatiya yığması ilə qarşılaşdığı növbəti oyunu qələbə ilə başa vurub. Yığmamız Türkiyə yığması ilə qarşılaşmada da uğur qazanaraq yarımfinala qədər yüksəlib.
Yarımfinalda komandamız Slovakiya yığmasına məğlub olmasına baxmayaraq, Yunanıstanın komandası ilə oyunda qələbə qazanıb. Beləliklə, Azərbaycan bocciaçıları Açıq Regional Çempionatda üçüncü yeri qazanaraq, bürünc medala sahib olublar.
Yarışda birinci və ikinci yerləri müvafiq olaraq Slovakiya və Xorvatiya komandaları tutub.
AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ


Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır