Bocciaçılarımız bu ay Xorvatiyada keçiriləcək beynəlxalq səviyyəli Açıq Regional Çempionata hazırlaşırlar
Nazir Sahil Babayev onlarla görüşüb, çempionata
hazırlıq prosesi ilə tanış olub
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində bocciaçılarla görüşüb.
Nazir Prezident cənab İlham Əliyevin xüsusi qayğısı nəticəsində ölkəmizdə paralimpiya hərəkatının gücləndiyini və böyük uğurlar qazandığını vurğulayıb. O bildirib ki, paralimpiya oyunları sırasına daxil edilmiş boccia idman növü üzrə də artıq ilk mühüm nailiyyələt əldə edilib. Ötən ilin oktyabr ayında İtaliyada keçirilən beynəlxalq səviyyəli Açıq Regional Çempionatda iştirak edən boccia idman növü üzrə komandamız həmin çempionatı bir qızıl, üç bürünc medalla başa vurub.
S.Babayev deyib ki, bu uğurlar bocciaçılarımızın Azərbaycan paralimpiyaçılarının müxtəlif idman növləri üzrə mötəbər beynəlxalq yarışlarda qazandıqları parlaq qələbələri davam etdirmək əzmini göstərir. İndi isə üç bocciaçımız - Bəhruz Mirzəyev, Zaur Veysəlov və Xəyal İslamov bu ay Xorvatiyada keçiriləcək beynəlxalq səviyyəli Açıq Regional Çempionata hazırlaşırlar.
Nazir hər üç paralimpiyaçıya uğurlar arzulayıb.
Sonra S.Babayev Mərkəzdə boccia idman növü ilə məşğul olan şəxslərin qalmaları, lazımi xidmətlərlə təmin olunmaları və məşq etmələri üçün yaradılmış şəraitlə, Xorvatiyada keçiriləcək beynəlxalq səviyyəli Açıq Regional Çempionata hazırlıq prosesi ilə tanış olub.
AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ 



Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır