Abdulbari Goozal “Qarabağ”dan imtina edir?!
"Qarabağ” klubu maliyyə dayağı olan "Azərsun Holding” şirkətini itirmək üzrədir. Şirkət rəhbəri Abdulbari Goozal "Qarabağ”a maliyyə axınını dayandırmağı düşünür. Əldə etdiyimiz məlumata görə, şirkətdən klubun avrokuboklardan əldə edilən gəlirlə idarə olunması tapşırığı verilib.
"Azərsun Holding” rəhbərliyinin ötən ay qəbul etdiyi qərar klubun qış planlarına təsir edib. Məlum səbəbdən Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov qış transfer dönəmində istədikləri futbolçuları komandaya cəlb edə bilməyib. Riçard Almeyda "Astana” klubundan pulsuz icarəyə götürülübsə, Reynaldo Silva əvvəlkindən qat-qat aşağı qiymətə kluba qayıtmaq qərarı verib.
Təbii ki, "Azərsun Holding”in bu qərarı "Qarabağ”ı gələcəkdə ciddi çətinliklər qarşısında qoya bilər. İnanırıq ki, şirkətin rəhbəri Abdulbari Goozal bu fikrindən daşınacaq və "Qarabağ”a əvvəlki kimi dəstək verəcək. Çünki, komandanın zəifləməsi onsuz da son vaxtlar uğurlu nəticələrinə həsrət qaldığımız futbolumuza daha bir zərbə ola bilər.
Futbol11.az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır