“Almanlar bizim sirrimizi öyrənəcək” - Rövnəq Abdullayev
"Futbolçularımızı təbrik edirəm. Yaxşı oyun sərgilədilər".
Bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının yoldaşlıq görüşündə Qətər yığması üzərində 2:1 hesablı səfər qələbəsini dəyərləndirərkən deyib.
Onun sözlərinə görə, oyunu yayımlamaq imkanının olmaması Qətərin istəyi ilə olub: "Bizim oyunumuzu kim izləyəcəkdi ki? Almaniya? Onlar bizim oyun sirlərimizi öyrənəcəkdilər? Qətər tərəfi belə istəyibsə, problem yoxdur. Millimiz normal çıxış etdi. Yəqin ki, oyunun videoyazısını göstərərlər".
Rövnəq Abdullayev Almaniya ilə martın 26-da Bakıda keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçına hazırlıq barədə də danışıb: "Hazırlıq prosesi qaydasında gedir. Görək, necə olacaq. Hər şey mümkündür. Top yumru, meydan düzdür".
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Almaniya görüşü saat 20:00-da başlanacaq.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var