Həbibi məğlub edən yeganə azərbaycanlı nədən öldü?
Xəbər verdiyimiz kimi, qaydasız döyüş üzrə dünya çempionu Xamis Məmmədov dünyasını dəyişib. İdmançının qripdən öldüyü deyilir.
Lakin Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bunu təkzib edib. O, “Qafqazinfo”ya açıqlamasında idmançının koronar damarların tromboemboliyasından dünyasını dəyişdiyini bildirib: “Xamis Məmmədov yanvarın 24-də kəskin qızdırma ilə xəstəxanaya yerləşdirilib. Onun ölümünün qripdən olduğu deyilsə də, əslində idmançı tromboemboliyadan vəfat edib. Sadəcə bu gün tam açıqlama verə bilmirik. Səbəb isə odur ki, ailəsi onun meyitinin ekspertizaya aparılmasına icazə vermədi”.
Məsələ ilə bağlı MMA, Qraplinq və Pankration Federasiyasının prezidenti Azad Əsgərov də danışıb. Federasiya rəhbəri “Qafqazinfo”ya bunları deyib: “Tam nəsə deyə bilmərəm. Əsl səbəbi yəqin ki, ailəsi bilir. Amma həkimlər qripdən öldüyünü açıqladı. Daha doğrusu, soyuqdəymə olub. Ciyərlərində də problem var idi. Böyük ehtimalla nəfəsalmada problem yaşadığı üçün vəfat edib. Yenə də deyirəm ki, əsl səbəbi ailəsi bilər”.
Xatırladaq ki, Xamis Məmmədov dünyaca məşhur döyüşçü Həbib Nurməhəmmədovu məğlub edən yeganə azərbaycanlı idi.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...